Müsavatda YAP-çı deputat MÜZAKİRƏSİ

“Müsavat Partiyası qurultayına ölkə daxilindən və xaricdən çox sayda qonaq dəvət etmək niyyətindədir.

 

Hazırda partiyada ölkə daxindən qurultaya dəvət ediləcək siyasi partiya təmsilçiləri, ziyalılar və tanınmış şəxslərlə bağlı müzakirələr aparılır, ancaq qəti qərar verilməyib”.

 

Buni İnterpress.az-a Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı bildirib.

 

Onun sözlərinə görə, hakim partiyanı Milli Məclisdə təmsil edən deputatlardan kimin partiyanın qurultayına dəvət edilməsi ilə bağlı da müzakirələr aparılır: “Amma bu barədə qərar hələ yoxdur.

 

Gürcüstan, Avropa ölkələri, Türkiyədən olan müttəfiqlərimizə və dostlarımıza dəvətnamə göndəriləcək. Müzakirələr yaxın zamanda yekunlaşdırılacaq və əlavə məlumat veriləcək”.

COMMENTS