Müsavatdan YAP-a dəvət göndəriləcəkj

Müsavat Partiyasının qurultayında iştirak üçün Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri də dəvət oluna bilər.

 

Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AzNews.az-a bildirib ki, təmsil etdiyi təşkilatın gələn ayın 27-də nəzərdə tutulan qurultayına Azərbaycanda olan bütün siyasi partiyaları dəvət etmək niyyəti var: “Eyni zamanda qurultaya xarici ölkələrin Müsavat Partiyası ilə müttəfiq olan siyasi partiyaları və təşkilatları da dəvət etmək niyyətindəyik”.

 

A.Hacılı vurğulayıb ki, YAP nümayəndələrinin Partiyanın qurultayına dəvət olunması da müzakirə mövzusudur: “Hələlik Qurultaya dəvət edəcəyimiz siyasi partiyaların adlarını açıqlamaq istəməzdim”.

COMMENTS