Dələduz jurnalisti sizdə tanıyın
Ötən yazılarımızda “İsmayıllıda dələduzluq edən” jurnalist” Ağdam rayonu ilə bağlı dez informasiya yayır” başlıqlı məqalə dərc etmişdik.
Və tənqidi məqalədə göstərilmişdir ki, özünü “Müstəqil Respublika” qəzetinin əməkdaşı kimi təqdim edən Əbulfət Sədi Oğlu “jurnalist” adından istifadə edərək idarə və təşkilat rəhbərlərini şantaj edir. Belə bir fakt İsmayıllı rayonunda qeydə alınmışdır.
Belə ki, “Müstəqil Respublika” qəzetinin vəsiqəsini üzərində gəzdirən “jurnalist”, yük maşınlarını saxlayaraq onlardan pul tələb edib. Şikayət əsasında İsmayıllı rayon polis idarəsinin əməkdaşları dələduz jurnalisti polis idarəsinə təhvil veriblər. Araşdırmalar nəticəsində məlum olub ki, dələduzluq edən Əbulfət Sədi Oğlu elə bu yolla qazanc əldə etmək eşqinə düşüb.
Dəfələrlə dezinformasiyalar məhz dırnaqarası jurnalistin hesabına gündəmə gəlib. Lakin sonradan araşdırmalar bunun tam əksini göstərib. Bir sözlə Əbulfət Sədi Oğlu saxta informasiyaları 10 manata saytlara satır desək yanılmarıq.
Biz inanırıq ki, bu cür əməllərin sahibi tez bir zaman da ifşa ediləcək. Eyni zaman da “Müstəqil Respublika” qəzetinin adında istifadə edən Əbulfət Sədi Oğlunun saxta əməlləri hüquq mühafizə orqanları tərəfindən araşdırılacaq.
Başqa bir məlumatda bildirilir ki, qəzet “müxbiri” reket saytlarlada iş birliyi qurub. Hətda şeir “oğurluq”u ilə kitab nəşir etdirən “şair” kitablarını 3-5 manat aralığında idarə rəhbərlərinə sırayıb.
Əldə etdiyimiz son məlumatlara görə əslən Ağdam rayonun Çəmənli kəndindən olan “qəhrəman” jurnalist, Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov haqqında həqiqətə uyğun olmayan məlumatlar saytlara ötürür.
Dosye.org
P.S. Bütün idarə, müəssisə, təşkilat və digər qurumların rəhbərlərinə bildirilir ki, bu şəxslə ünsiyyətdə olmasınlar. Yuxarıda göstərilən şəxsin bir amalı var və o da artıq məlumdur.
COMMENTS