“Muxa” polis rəisinə ərizə yazdı: “Mən “vor zakon” deyiləm və olmamışam…”

“Muxa” polis rəisinə ərizə yazdı: “Mən “vor zakon” deyiləm və olmamışam…”

Ötən həftə Rusiyada “slavyan” mafiyasının nüfuzlu üzvlərindən biri, “Muxa” ləqəbli 59 yaşlı kriminal avtoritet Oleq Muxametşin-Deqtyarov özünün “vor” statusundan könüllü imtina edib və bu haqda Moskvanın polis rəisinə ərizə yazıb.

Virtualaz.org xəbər verir ki, bu Rusiyada “vor zakon” statusu daşımağa görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulundən sonra ilk belə presedentdir.

Məlumata görə “Muxa” Moskva meriyasında işləyən və kifayət qədər imkanlı qadın olan arvadı ilə birlikdə Soçiyə dincəlməyə yollanarkən cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Görünür ki, o “vor zakon”lara qarşı qanunun tətbiqi altına düşməmək və nəticədə istirahət əvəzinə həbsxanaya yollanmamaq üçün statusundan könüllü imtina etməyi üstün tutub.

Hərçənd Kazan sakini olan “Muxa” əvvəllər dörd dəfə məhkum edilib, üst-üstə 20 il həbsdə olub. 1994-cü ildə “vor zakon” statusu alıb və sonradan özü də iki kriminal avtoritetə belə status verib. O, “Ded Xasan”ın qruplaşmasının üzvü olub.

Moskva polisinin rəisinə ərizə yazandan sonra “Muxa” həm də kamera qarşısında “vor zakon” statusu daşımadığını təsdiqləyib. Nədən bu statusdan imtina etməsi haqda suala isə “sadəcə olaraq özümü belə saymıram” deyə cavab verib. Amma təsdiq edib ki, əvvəllər “vor” statusu olub.

DOSYE.ORG

COMMENTS