Müxalifətçi bloger Namiq Sadıqlıya 30 sutka həbs verildi

Müxalifətçi bloger Namiq Sadıqlıya 30 sutka həbs verildi

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə AXCP fəalı Namiq Sadıqlı 30 sutka müddətinə həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilinib.

Bu barədə Turan-a AXCP-dən bildiriblər.

**

14:15

Noyabrın 30-da Xalq Cəbhəsi Partiyasının fəalı, bloger Namiq Sadıqlı saxlanılıb.

AXCP üzvlərinin Turan-a verdiyi məlumata görə, Sadıqlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinə aparılıb.

Mənbənin məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham olunur. Onu 1 ayadək həbs cəzası gözləyir.

Blogerin işinə bu gün paytaxtın Nəsimi Rayon Məhkəməsində baxılacaq.

AXCP fəallarının sözlərinə görə, N.Sadıqlı sosial şəbəkələrdə fəal idi və orada müxalifətin hökumət əleyhinə aksiyaları haqqında videoçarxlar yerləşdirirdi.

Dosye.org

COMMENTS