Muxalifətçi olduğuna görə işdən azad edildi

Dosye.org-ın elektron ünvanına maraqlı bir məlumat daxil olub. Oxucularımızın xahişini nəzərə alıb daxil olan məlumatı olduğu kimi ixtiyarınıza veririk.

– Bilesuvar rayonunda fəal və tanınmış müxalifətçilərdən olan , müxalifətin(Milli Şura) son iki mitinqində fəallıqı ilə seçilən, həmçinin də işinin peşəkarı olan Məmmədzadə Cavid siyasi mənsubiyyətinə görə çalışdığı şirkətden işdən çıxarılmışdır. Şirkətin adı “Treca-2009” dur. Bu şirkətdə, Cavid bəy Lənkəran və Şirvan bölgəsi üzrə bölgə müdiri vəzifəsində çalışırdı. Şirkətin direktoru Tural Kərimov, Cavid bəyi siyasi mənsubiyyətinə görə sıxışdırırmış həmişə. Amma Cavid beyin peşəkar işi və işçiləri arasında böyük hörmətinə görə çıxara bilmirmiş. Amma 3 gün bundan qabaq çıxarmaq qərarı verib. Bu qərar verilen kimi Cavid bəyə olan hörmətə görə işçilər arasında böyük çaxnaşma düşmüşdür. Hətta bir neçə işçi işdən könüllü çıxmışdır. Məlumat üçün deyək ki, şirkət dərman sahəsində payı olan şirkətdir. Əsasən Bioxsen şampunu ilə məhşurdur. Məhsullarının bir neçəsi televiziyada reklamı gedir. Dəfələrlə cərimə olunmaqına baxmayaraq işçilərin hamısın əmək müqaviləsiz işlədir. Hətta buna görə Cavid bey Tural Kərimovu məhkəməyə verməyə hazırlaşır. Əldə olunan məlumatlara görə Tural Kərimov özünü təkəbbürlü, lovğa, kobud aparmaqı ilə her yerdə seçilir. Müxalif gənc olmasına baxmayaraq Cavid bəy üçün çox şirkətlər iş təklif etməyə başlıyıb artıq. Bu da onun marketinq sahəsində peşəkar olmasından irəli gəlir. Həm də ki, siyasi baxışlarına görə bir işçini işdən çıxartmaq yalnız Treka-2009 şirkətində mümkündür. Şirkət haqqında ilginc məlumatlar yaxın günlerdə veriləcək…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Dosye.org

COMMENTS