Müğənni Elnarə: “Səhnədə iki kişinin öpüşməsi…”

Müğənni Elnarə Xəlilova “Azərbaycanın səsi” yarışmasında əməkdar artist Elza Seyidcahana əsəbləşib.

Ailem.az-ın axsam.az-a istinadən məlumatına görə, Elnarə Elzanın tələbələri – Samir Çekmarovla Elvin Ordubadlının Tarkanın “Şımarık” mahnısını oxumasına etiraz edib. O, bəstədəki sözləri iki kişiyə yaraşdırmadığını deyib:

“Elza, iki kişinin belə mahnı oxumasına necə yol verdin? Axı niyə onlar səhnədə qucaqlaşmalıdır. Bəstənin sözləri başdan-ayağa başqa mənadadır. Burada mən iştirakçılarda yox, səndə günah görürəm, çünki oğlanlar mahnını sənə təqdim ediblər. Qucaqlaşdılar, bir də öpüşsəydilər, düzələrdi. Buna diqqət etmək lazım idi. Belə şeyə normal baxmıram. Səhnədə iki kişinin qucaqlaşması, öpüşməsi pis təbliğatdır”.

E,Seyidcahan isə “Burada nə var ki? İki kişi qardaşcasına öpüşür, qucaqlaşır”, deyə cavab verib.

COMMENTS