“Nə Azərbaycan, nə də Ermənistanın müharibə niyyəti yoxdur”

“Nə Azərbaycan, nə də Ermənistanın müharibə niyyəti yoxdur”

“Hər iki dövlətin rəhbərliyi ciblərini doldurmaqla məşğuldur”

Politoloq Zərdüşt Əlizadə Moderator.az-a açıqlamasında son vaxtlar Qarabağ uğrunda yeni bir müharibənin başlanacağı ilə bağlı səslənən iddialara münasibət bildirib:
“Heç bir yeni müharibə ehtimalı yoxdur. Həm Azərbaycan, həm də Ermənistan hökumətləri çox praqmatik hökumətlərdir. Onların məqsəd və niyyətlərinə müharibə daxil deyil. Hər iki ölkənin rəhbərliyi ciblərini doldurmaqla məşğuldur. Müharibə isə buna mane olan prosesdir. Uduzan tərəf üçün isə bunun daha ağır nəticəsi olur və bu, hakimiyyət dəyiikliyinə belə səbəb ola bilir. Odur ki, müharibə təhlükəsi ilə bağlı səslənən iddiaların heç bir əsası yoxdur”.

COMMENTS