Nərmin balaya dəstək olaq

 Qədirli Nərmin —– Meninqeonsefalit  xəstəliyi uşağın danışıq və hərəkət etməsini yox edib.  

Nərminin mayın 15-i qızdırması qalxır. Nərminin valideynləri uşağın sadəcə soyuqladığını düşünürlər. Lakin qızdırması artdıqca uşaq sudurğa kecirir və valideynləri onu BakıXanovdakı 5 saylı xəstəxanaya aparırlar. Burada həkimlər uşağa “Pnevmaniya” diaqnozu qoyurlar,lakin bir neçə gündən sonra nədənsə Nərmin üçün uşaq nevroloqu çağırılır.Daha sonra Nərmini Azərbaycan Tibb Universetinin  Terapevt klinikasına aparmağı məsləhət bilirlər. Burada Nərminə   “Meninqeonsefalit” diaqnozu qoyulur və heç bir şansının olmadığının və müalicənin faydasız olduğunu bildirirlər.

Nərminin vəziyyəti daha da pisləşir, 9 gün komada qalır, oyandığında isə Nərmin heç kəsi tanımır. Həkimlər isə bir daha valideynlərinə müalicənin hec bir nəticə verməyəcəyini deyirlər. Ailə isə həkimlərin dediklərinə inanmaq istəmir  və buna görə 18  gün orada qaldıqdan sonra Nərmini xəstəxanadan çıxarırlar.

Xoşbəxtlikdən sonra onlar bir türk həkimlə tanış olurlar və həkim onlara “ NORDİC“ Tibb Mərkəzinə Almaniyadan gəlmiş bir həkimə yönəldir. Burada ailəyə Nərminin sağala biləcəyini və müalicənin 2 il davam etməli olduğunu söyləyirlər.

Nərminin 1- günlük müalicəsinə 80 manat pul lazımdır. 15-gün müalicə 10 -gün fasilə yenidən 15- gün . Ümümilikdə Nərminin 1 aylıq müalicəsinə 900 manat tələb olunur.

Ailənin artıq müalicəni qarşılayacaq imkanları yoxdur, çünki uşağın atası inşaatda işləyir lakin artıq 3 aydır ki  işsizdir. Evi uşağın nənəsi Züleyxa xanım keçindirir.

Xahiş edirəm biganə qalmayaq !!!  

Əlaqə nömrələri : (050) 548-65-36 , (070) 853-06-85

COMMENTS