Bir müddət öncə dosye.org saytında yayımlanan” Orta məktəbə bitişik əxlaqsızlıq yuvası” başlıqlı məqalə tanışlıq üçün DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin elektron poştuna (info@mia.gov.az) ünvanladıq.
Xatırladaq ki, Nəsimi rayonu Süleyman Rəhimov küç. 46 saylı tam orta məktəbə yaxın ərazidə fahişəxananın fəaliyyətini ifşa etmək üzərimizə düşən ən başlıca amillərdən biridir. İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsi saytımıza cavab olaraq bildirmişdir ki, müraciətiniz ərazi üzrə Nəzimi rayon polis idarəsinə göndərilib:
Sizin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin elektron poçtuna ünvanladığınız müraciətiniz baxılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Araşdırmanın nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir.
Əfsüslər olsun ki, Nəsimi Rayon Polis İdarəsi tərəfindən bu günə kimi ünvanlanan müraciətə cavab verilməyib. Etiraf edək ki, göstərilən ünvanda faişəxana gündəlik fəaliyyətdədir. Tam sübütlarla aidiyyətli qurumlara təqdim etməyə hazırıq.
Məsələnin maraqlı tərəfi odur ki, fahişəxanaların ifşası birbaşa İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsi öz üzərinə götürməli təqdirdə, ərazi üzrə polis idarəsinə ünvanlayır. Təbii ki, ərazi üzrə polis idarəsinin razılığı olmadan şəhərin mərkəzində priton heç bir halda fəaliyyət göstərə bilməz.
Əldə etdiyimiz məlumatlarda o da vurğulanır ki, əxlaqsızlıq yuvası yüksək çiyinli məmura məxsüsdur. Lakin Ədalət adlı şəxs sadəcə fahişəxanaya nəzarət edir. Araşdırmalardan sonra məlum oldu ki, Ədalət ev alqı-satqısı ilə məşğuldur.
Dosye.org olaraq məsələni yenidən gündəmə gətirməklə yuxarıda göstərilən Nəsimi rayonu Süleyman Rəhimov küç. 46 saylı tam orta məktəbin arxasında fahişəxananın fəaliyyətinə xitam veriləcəyinə inanırıq. Bu baş tutmayacağı təqdirdə müraciət Baş Prokurarluğa ünvanlanacaq.
Dosye.org
COMMENTS