Nəsimi rayonundakı “Heydər parkı”nın acınacaqlı vəziyyəti —FOTOLAR

Artıq şəhərdə hər kəs dincəlmək və təmiz hava almaq üçün parklara üz tutur.

Nəsimi rayonu Yeganə şadlıq sarayı ilə üzbəüz yerləşən Heydər parkı da insanların istirahət edəcəyi, uşaqları gəzdirəcəyi və səmərəli vaxt keçirəcəyi yerlərdən biridir, ancaq son zamanlar parkın bərbad vəziyyətdə olması hər kəsin ciddi narahatçılığına səbəb olub.

Parkın acınacaqlı vəziyyəti ilə tanış olan ölkə.az-ın çəkiliş qrupu xəbər verir ki, parkın mərkəzindəki hovuzun suyu dəyişdirilmədiyindən və təmizlənilmədiyindən üfunət iyi verir. İndi sizə təqdim edəcəyimiz fotoreportajdan da görəcəksiniz ki, hovuzun içi zibillə dolub, suyunun rəngi isə kanalizasiya suyunu xatırladır. Bir sözlə buradakı vəziyyət ürəkbulandırıcıdır.

Əgər havalar bir az da qızsa, parkdakı bu hovuz xəstəlik mənbəyinə çevriləcək…

İzləyin…

COMMENTS