Nəzmiyyə Hicran Türkiyədən qayıtdı

Gənclərimizin ədəbi fəaliyyəti Türkiyədə yüksək səviyyədədir…

 

Hamımıza məlumdur ki, hal-hazırda qardaş ölkə olan Türkiyədə 5 minə yaxın Azərbaycanlı tələbə təhsil alır. Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinkaya bu rəqəmin gələcəkdə dahada artacağını jurnalistlərə açıqlamalarında bildirmişdir.
Mən isə, şair-publisist olaraq Türkiyə səfərlərimdə də gənclərimizlə görüşür və onların ədəbi fəaliyyəti ilə daha yaxından tanış oluram.
Bu yaxınlarda Sakarya Universitetində təhsil alan tələbələrlə o cümlədən Universitetin rektoru, professor, Muzaffer Elmas beyle görüşümüz oldu. Görüşü təşkil edən Azərbaycanlı gənc fəal, Sakarya Universitetinin Azərbaycan ÖGRENCİ toplumunun başkanı Aliq Xaliq oğlu Bağırov tələbə gənclərlə bizi görüşdürdü və gözəl bir gün bəxş etdi biz jurnalistlərə…
Əslən Gədəbəydən olan və ikinci təhsilini Sakarya Universitetində başa vuran, Aliq Bağırovun təşkilatçılığı, Azərbaycanlı tələbələrə dəstəyi, əhatəsinin genişliyi məni çox qürurlandırdı. Maddi durumu aşağı səviyyədə olan tələbələrin təqaüd ilə, yataqxana ilə, qida ilə təmin edilməsində əməyi olan gənc həmkarımızın ədəbi fəaliyyətidə gözümüzdən yayınmadı…
Müxtəlif zamanlarda, asudə vaxtlarında istər Azərbaycanlı istərsədə əcnəbi tələbələri bir yerə toplayıb Koçelide yerləşən Heydər Əliyev parkına, Heydər Əliyev muzeyinə o cümlədən Xocalı soyqırımının anılacağı yerlərə götürüb məlumat verən Aliq Bağırov bütün bu fəaliyyətində ona yardımçı olan tələbə-gənc, Aysel Hüseynovadan ağız dolusu danışdı.
Azərbaycanın tarixi günlərini, işğal altında olan rayonlarımızın anım günlərini, həmçinin Milli bayramlarımızı Türkiyədə layiqncə qeyd edən, təbliğ edən gənclərimizin zəngin qüvvəyə nə qədər malik olmaları danılmaz və qaçılmazdır…
Mən bir daha şahid oldum ki, hər milləti tanıdan, sevdirən onun ölkədən kənardakı nümayəndələridir.
Aliq Bağırov, Aysel Hüseynova məndə gəncliyə fərqli bir duygu yaratdı. Onların kültürlüyü, vətənpərvərliyinin heyranlığını hər bir ölkədə müşahidə etmək istədim. Çünki biz ölkəmizin içindən deyil ölkəmizin ucqarlarından dünyaya daha yaxşı boylana bilir, səsimizin eşidiləcəyi qədər yüksəklərə hayqıra bilirik.
Mustafa Kamal Atatürkün, Məmməd Əmin Rəsulzadənin, Əlbülfəz Elçibəyin, Heydər Əliyevin övladları olduğumuzu daha çox sübut edə bilirik. Onun üçündə biz gənclərimizə hər zaman dəstək durmalı, onları ruhlandırmalıyıq…
Mən bir qələm adamı olaraq bu günki gəncliyimizlə, Aliq Bağırovlarla fəxr edirəm.
Vətən anadır, Vətən çörəkdir, Vətən – Vətəndir… Vətəndə vətən deməklə vətəndaş olmaq olmur, heç vətənpərvərdə olmaq olmur… Odur ki, Vətənimizi uzaqlarda, getdiyiniz yerlərdən də uzaqlarda işıqlandırın, əziz gənclərimiz… Axı bu gün işıqlı Azərbaycanımızın gələcəkdə əl çatmayacaq parlaqlıqları var… Bax biz onu fəth eməyə də can atmalıyıq. 

 

Nəzmiyyə Hicran

Şair-publisist

 

 

 

 

 

 

 

 

 

 

 

COMMENTS