Nəbatat Bağında partlayıcı həyəcanı

Bakıda əl qumbarası tapılıb. Səbayel Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının rayonun Badamdar qəsəbəsi, Abasqulu Abbaszadə 19/25 ünvanında yerləşən Mərkəzi Nəbatat Bağında mühafizəçilər tərəfindən “F1” markalı əl qumbarası aşkarlanıb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində təhqiqat aparırlar.Bakıda əl qumbarası tapılıb. Səbayel Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının rayonun Badamdar qəsəbəsi, Abasqulu Abbaszadə 19/25 ünvanında yerləşən Mərkəzi Nəbatat Bağında mühafizəçilər tərəfindən “F1” markalı əl qumbarası aşkarlanıb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində təhqiqat aparırlar.

COMMENTS