Nənə gəlinini və 6 aylıq nəvəsini öldürdü

Gecə paytaxın Suraxanı rayonunda dəhşətli qətl hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, qayınana gəlinini və 6 aylıq nəvəsini öldürüb.

Tükürpədən cinayət rayonun Qum adası Zeytun bağları adlanan ərazidə kirayədə qalan 40 yaşlı Şərqiyyə Hüseynovaya məxsus evdə baş verib. Belə ki, Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə edib. Mübahisə fərdi yaşayış evinin həyətində olub. Qadın yerdən götürdüyü daş parçası ilə gəlini Elnarənin başına bir neçə zərbə vurub. Ağır kəllə beyin travması alan Elnarə Nəcəfova huşsuz vəziyyə yerə yıxılıb və yerindəcə ölüb. Bundan sonra hadisəni törədən Şərqiyə Hüseynova evə girərək nəvəsi yəni Elnarə Nəcəfovanın 6 aylıq qızı Emilyanı boğaraq onu da amansızlıqla qətlə yetirib.

Hadisə barədə qonşular xəbər tutan kimi dərhal ərazi üzrə 30-cu polis bölməsinə xəbər veriblər.

Dərhal hadisə yerinə Suraxanı polis və prokurorluq əməkdaşları gəliblər. Hadisə yerinin müayinəsi aparılıb. Ana balanın cəsədləri Suraxanı rayonu məhkəmə tibbi ekspertizasının pataloji anatomiya birliyinin Suraxanı rayon şöbəsinə aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Şərqiyyə Hüseynova saxlanılıb. Dindirmə zamanı qadın hadisəni mübahisə zamanı törətdiyini etiraf edib.

Qeyd edək ki, qadın hadisəni törədərkən oğlu işdə olub. Suraxanı rayon prokurorluğundan verilən məlumata görə saxlanılan qadının psixoloji problemləri var. Hər halda bu aparılan araşdırmalar zamanı məlum olacaq. Fakta görə onun barəsində xüsusi amansızlıqla və ya ümumi təhlükəlki üsulla, iki və ya daha çox şəxsi öldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.

COMMENTS