Nəqliyyat Nazirliyi reydlərə başladı

Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakıda avtobuslar üzərində nəzarəti gücləndirib.

 

Bu barədə Dosye.org-a Azərbaycan Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib.
Onun sözlərinə görə, həmçinin müvafiq tədbirlər çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Hüseyn Salamovun şəxsi nəzarəti altında olan gündəlik reydlər keçirilir.
Həsənov qeyd edib: “Dövlət Xidmətinin rəhbərinin şəxsən iştirakı ilə belə reydlərin keçirilməsi xüsusi yeni tədris ilinin başlanması ərəfəsində vacibdir. Tədris müəssisələrində işin başlanması sərnişin axınının artmasına gətirib çıxarır və sərnişin nəqliyyatının işinə təsir edir”.
Mətbuat xidməti rəhbərinin sözlərinə görə, sərnişin nəqliyyatının işi üzərində nəzarəti həyata keçirmək üçün Bakının küçələrində nəzarət məntəqələri fəaliyyət göstərir.
Hazırda Bakıda cəmi 2500-ə yaxın avtobus fəaliyyət göstərir.

COMMENTS