“Nərminin qatili tapılıb” dedilər… – Əmisi danışdı

“Nərminin qatili tapılıb” dedilər… – Əmisi danışdı

Nərminin qatili olduğu deyilən İlkin qohumu deyil, yaxınlıqda yaşayan İlkin adlı şəxsdir.

Bu sözləri Axar.az-a açıqlamasında Tovuzun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın əmisi Lətif Quliyev deyib. O bildirib ki, hazırda İlkindən izahat alınır:

“Onun qatil olması haqda bizdə məlumat yoxdur”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə açıqlamasında Nərmin Quliyevanın qatilinin saxlanılması haqda yayılan məlumatların doğru olmadığını deyib.

Qeyd edək ki, mətbuatda Nərmin Quliyevanın qatilinin onun qohumu – 36 yaşlı İlkin adlı şəxs olması və saxlanılması barədə məlumat yayılıb.

DOSYE.ORG

COMMENTS