Nabranda inşa edilən obiyekt hansı millət vəkilinə məxsüsdur?

Ötən yazılarımızın birində “Xaçmaz rayonu Yetkin Mehmanovun güdazına gedəcək?” başlıqlı məqalə dərc etmişdik. Və məqalədə göstərilmişdir ki, Xaçmaz rayonunda özünü icra başçısı kimi tanıtdırmaq istəyən birinci müavin Yetkin Mehmanov qanunlara məhəl qoymur. 

 

Bu barədə Dosye.org- a etibarlı mənbə məlumat verib. Mənbə iddia edir ki, rayonda pul yığan kimi tanınan Yetkin Mehmanov bütün vasitələrdən məharətlə istifadə edir. Hətda vəziyyət o həddə çatıb ki, narazı sakinlər kütləvi halda etiraz etmək məcburiyyətindədirlər.

 

Bir daha nəzərinizə çatdıraq ki, Yetkin Mehmanov rayonda  idarə, təşkilat, müəssisə və digər qurumlara tapşırıq verib ki, “şapkalar” vaxtında şefə çatdırılsın. İcra hakimiyyətində olan etibarlı mənbə bir daha vurğuladı ki, artıq səlahiyyət Yetkin Mehmanova həvalə edilib.

 

Necə deyərlər “Od olmayan yerdə tüstü olmaz”.

Məlumatlarda o da vurğulanır ki, keçmiş müavin Akif Mərdanov elə məhz Yetkin müəllimin “fədakarlığı “nəticəsində vəzifədən uzaqlaşdırılıb. 

 

Daxil olan informasiyanı araşdırmaq məqsədi ilə, Xaçmaz raon icra hakimiyyəti ilə əlaqə yaratmağa çalışdıq. Əfsüslər olsun ki, zənglərimiz cavabsız qaldı. Lakin bir faktı xatırlamaq istəyirik ki, millət vəkili Abel Məhərrəmovun Nabranda inşa etdirdiyi obiyektin ona məxsus olub- olmadığı qaranlıq məqamlardan hesab edilir. Jurnalistlərə açıqlamasında Yetkin Mehmanov bildirib ki, inşa edilən obiyek Abel Məhərrəmovundur. 

 

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının  birinci müavini Yetkin Mehmanov ” O, Abel Məhərrəmovun obiyektidir. Biz nə karəyik ki, orda problem yaradaq. Kişi istədiyi formada obiyektini tikdirir” deməklə nəyə işarə vurduğunu bizlərə bəllidir. Araşdırmalar davam edir..

 

 Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

 

Dosye.org

 

COMMENTS