Nadir Qafarzadə: “Əvvəl şortik idi, indi “tumuş” olub”

Nadir Qafarzadə: “Əvvəl şortik idi, indi “tumuş” olub”

Müğənni Nadir Qafarzadə yenidən qalmaqal yaradacaq açıqlama verib

 

Dosye.org qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı “Şoubiz” verilişinə açıqlamasında onu tənqid edənlərə sərt ismarıc göndərib:

“”Mentalitet” sözünü eşidəndə ətim tökülür. O heç bizdə yoxdur. Baxırsan, camaat lüt, alt paltarı ilə gəzir. Əvvəl şortik idi, indi “tumuş” olub. Qızlar göbəyiaçıq geyinirlər. Küçədə gəzməyə utanıram. Gülən olmasa, topik köynəyi də geyinməzlər. Artıq susun.

Mentalitet, qeyrət, namus, bakirəlik, paklıq sözləri lazım deyil. Tər-təmiz Ramiz hamamın yanında yaşayır. Deyirlər ki, mən qaşımı alıram. Bunlar vecimə deyil. Bu mənim həyatımdır. Qaşımı almıram, üzümdə silikon yoxdur. Dodaqlarım isə öz ətli dodaqlarımdır. Sadəcə üzümə yaxşı qulluq edirəm”.

COMMENTS