“Nadir Qafarzadənin fikrində cinayət tərkibi var” – Kəmalə Ağazadə

“Nadir Qafarzadənin fikrində cinayət tərkibi var” – Kəmalə Ağazadə

“Azərbaycanda müğənnilərin bəziləri cəmiyyəti daha çox aqresiyaya, cinayətə səsləyir”

“Nadir Qafarzadənin fikrində böyük bir cinayət tərkibi var”.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə müğənni Nadir Qafarzadənin “Pis qadının başı kəsilməlidir” fikrini şərh edərkən deyib.

O, bildirib ki, müğənni bu sözləri ilə cəmiyyəti cinayətə səsləyib:

“Bütün dünyada tanınmış şəxslər – iş adamları, sənət adamları, müğənnilər, siyasətçilər zorakılığın qarşısının alınması üçün hansısa sosial layihələr həyata keçirir. Azərbaycanda isə müğənnilərin bəziləri cəmiyyəti daha çox aqresiyaya, cinayətə səsləyir. Düşünürəm ki, Nadir Qafarzadənin fikrində böyük bir cinayət tərkibi var. Cəmiyyətə belə bir mesaj verməyin özü böyük yanlışlıqdır. Hər bir halda Nadir Qafarzadənin açıqlaması araşdırılmalıb və ona ciddi reaksiya verilməlidir. Nadir Qafarzadə ilə bağlı ölçu götürülməlidir”.

Sədr vurğulayıb ki, belə çağırışlar cinayətə gətirib çıxarır.

Qeyd edək ki, müğənni Nadir Qafarzadə Türkiyənin Kırıkkale bölgəsində 38 yaşlı Emine Bulutun keçmiş həyat yoldaşı tərəfindən övladının gözü qarşısında dəhşətli şəklildə öldürülməsinə münasibət bildirərkən: “Bu hadisə qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. Pis qadının başı kəsilməlidir. Əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir? Mən dəqiq bilmirəm, o cinayətin baş vermə səbəbi nədir. Mən inanmıram ki, kişi başqa hansısa səbəbdən bunu etsin”, – deyə bildirib. Onun bu fikiri cəmiyyətdə böyük qalmaqala səbəb olub.

DOSYE.ORG

COMMENTS