Nəqiliyyat Nazirliyinin əməkdaşı döyüldü

Bakıda sürücü Nəqliyyat Nazirliyinin əməkdaşını dəmir parçası ilə döyüb.

“AzerFax” xəbər verir ki, lent.az-ın məlumatına görə, bu barədə vesti.az-a Xətai rayonu 34-cü Polis Bölməsindən bildirilib.

Hadisə iyulun 24-də Məmməd Hadi küçəsində qeydə alınıb. “Chrysler” markalı avtomobilin sürücüsü 1965-ci il təvəllüdlü Sumqayıt sakini Valeh Məmişov Nəqliyyat Nazirliyinin əməkdaşı, 1991-ci il təvəllüdlü Elnur Məmmədova dəmir parçası ilə bədən xəsarət yetirib.

Bölmənin müstəntiqi Həsən Səfərovun sözlərinə görə, V. Məmişovun bu hərəkəti xuliqanlıq kimi qiymətləndirilib. O, dəmir parçasını soyuq silah kimi istifadə edib. Üstəlik, vətəndaş Məmişov qanunsuz sərnişin daşıma ilə də məşğul olurmuş.

V. Məmişova 221.3 maddəsi ilə cinayət işi açılıb.

COMMENTS