Top.Mail.Ru

Naftalanda ər bıçaqla arvadını öldürdü, qızını ağır yaraladı

Naftalanda ər bıçaqla arvadını öldürdü, qızını ağır yaraladı

Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını isə ağır yaralayıb. 

Modern.az-ın məlumatına görə, hadisə axşam Naftalan şəhərində baş verib.

Ailə münaqişəsi zəminində ər 1979-cu il təvəllüdlü həyat yoldaşı Elmira Elm qızı Verdiyevanı və 2002-ci il təvəllüdlü Həsənova Aysunu bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya aparılsa da, Elmira Verdiyeva aldığı xəsarətdən ölüb. A.Həsənova reanimasiyaya yerləşdirilib.

Faktla bağlı şəhər prokurorluğundan cinayət işi başlanıb. (APA)

DOSYE.ORG

COMMENTS