Namikin komandasında yeni baş məşqçi

Namikin komandasında yeni baş məşqçi

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi “Bursaspor”un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Mustafa Er çalışdıracaq.

42 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib. O, bu vəzifədə bu gün istefaya göndərilən Tamer Tunanı əvəzləyib.

Qeyd edək ki, Mustafa Er futbolçu kimi “Bursaspor”un yetişdirməsi olub. Bir neçə il klubun aşağı yaş qrupları üzrə komandalarında məşqçi kimi çalışan mütəxəssis 2018 və 2020-2021-ci illərdə əsas komandanın baş məşqçisi olub.

“Bursaspor” 25 oyundan sonra 25 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.

DOSYE.ORG

COMMENTS