Namiq keçmiş həyat yoldaşından danışdı

Meyxanaçı Namiq Qaraçuxurlu keçmiş həyat yoldaşı Solmaz Şükürovanın bu gün mediada yayımlanan açıqlamasına münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, meyxanaçı məsələ ilə bağlı Reportyor.Tv-ə açıqlama verib:

“Mən uşaq deyiləm, keçmiş keçmişdə qalıb. Mənim 36 yaşım var. Mənim həyatım özümü maraqlandırır. Mediada bu haqda gedən söz –söhbətlər ürək bulandırır, mənim sənətimə və adıma xələl gətirmək üçündür. Bu haqda artıq heç bir metbuatda açıqlamalar vermək istəmirəm. Mənasız, məlumatlarla öz vaxtımı boşa sərf etmək fikrim yoxdu. Bu məsələ vardısa da mənimdi, yoxdusa da mənimdi.

Mediadan da xahişim və istəyim odur ki, bu movzuya birdəfəlik son qoysunlar. Bu dəfə də xoşxasiyyətli şəkildə yola verirəm. Bir daha bu cür məlumatlar yayımlasalar, başqa lazımı qaydada tədbirini görəcəyəm”.

Meyxanaçı Namiq Qaraçuxurlu xüsusi ilə qeyd etdi ki, məni xalqım sənətimlə sevsin, boş söhbətlərlə mənə maraq göstərməsinlər.

Bu haqda Solmaz xanımın da fikirlərin öyrəndik. Qarşı tərəfdə eyni ilə meyxanaçının fikirlərinə şərik olub:

“Namiq Qaraçuxurlu ilə heç bir problemim yoxdur. Onun həyatı özünü, mənimsə həyatım isə özümü maraqlandırır. Mənə də xoş deyil ki, mənim adımdan bu tərz fikirlər yayılır.Namiq Qaraçuxurludan çox mən bu məsələ ilə bağlı narahatam. Artıq bu haqda heçnə danışmaq fikrim yoxdu”.

COMMENTS