Namiq Qaraçuxurlu etiraf etdi-“Evlənməmişəm”

Meyxanaçı Namiq Qaraçuxurlunun toy xəbəri yayılıb.

Bu gün şadlıq evlərinin birində toyu olacağı deyilən sənətçi şayiələrə aydınlıq gətirib:

“Bununla bağlı yazıdan sonra mediadakı dostlarım məni axtaracaq. Havaların dəyişməsi ilə əlaqədar bir neçə gündür soyuqlamışam. Bu səbəbdən nə köməkçimin, nə də sizin zənginizə cavab verə biəcəm. Bircə gün mənə dəyməyin, sabahdan yenə xidmətinizdəyəm. Lakin bu söhbət dostlarımı narahat etməsin. Toyumla bağlı xəbərlərə gəldikdə isə, yanlış məlumat veriblər. Belə bir şey olmayıb”. (axsam.az)

COMMENTS