Xəbər verdiyimiz kimi, bu gün meyxanaçı Namiq Qaraçuxurlunun toyudur.
Meyxanaçı özü də artıq məclisə gəlib. Mərasimi “Natiq Ritm Qrupu” açıb.
Mərasimi aparıcı Nəsib Nur idarə edir.
Sənətçi daha öncə “Qafqazinfo”ya açıqlamasında qadın və kişi məclislərinin ayrı olacağını bildirmişdi.
“Qafqazinfo”nun toyda iştirak edən əməkdaşının məlumatına görə, məclisdə sənət adamları ilə yanaşı, ölkənin tanınmış ictimaiyyət adamları, millət vəkilləri, Rusiya və Türkiyədən gələn qonaqlar da iştirak edirlər.
Toyda daha çox klassik musiqilər səsləndirilir.
Toydan ilk fotoları təqdim edirik:
COMMENTS