Namizədliyi qeydə alınmış Mirkazım Seyidov Rusiya vətəndaşıdır?

Namizədliyi qeydə alınmış Mirkazım Seyidov Rusiya vətəndaşıdır?

30 Saylı Suraxanı seçki dairəsində də vəziyyət ürəkaçan deyil.

Redaksiyamıza daxil olan məlumatlara görə, həmən dairədən namizədliyini irəli sürən Mirkazım Seyidov Rusiya vədəndaşıdır. Etibarlı mənbənin sözlərinə görə, Mirkazım Seyidov Rusiyanın Novosibirsk şəhərində qeydiyatdadır. Digər bir tərəfdən  M. Seyidovun 2010-ci ildə Rusiya vətəndaşlığından imtina etdiyi bildirilir.

Maraqlı məqamlardan biri odur ki, vətəndaşlıqdan imtina edən şəxs heç bir halda həmən ölkənin ictimai siyasi fəaliyyəti ilə məşğul ola bilməz. Son məlumatlara isə bildirilir ki, ötən il M. Seyidov Rusiyda ictimai siyasi fəaliyyəti ilə məşğul olub. İddialara görə, hazırda seçki öncəsi vətəndaşlığını məxfi saxlayır. Bütün bunlar bir daha sübüt edir ki, ölkədə seçki qanunları kobud şəkildə pozulub. Məsələ ilə bağlı MSK-nə rəsmi məktub ünvanlanacaq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

COMMENTS