“Nar” 4G istifadəçilərinin sayı yarım milyon oldu

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” yüksək göstəriciyə nail olub.

Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə“Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artıb. Hazırda “Nar”-ın yüksəkkeyfiyyətli 4G xidmətindən istifadə edən abunəçilərin sayı 500 minə çatıb. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına baza stansiyalarının sürətlə artımı, 4G SIM və 4G smartfon penertasiyası təsir edib.

Qeyd edək ki, “Nar” 4G interneti paytaxtla yanaşı, ölkənin böyük şəhərlərini də əhatə edir. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir. “Nar” 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində internettrafikinin həcmi bu ilin əvvəli ilə müqayisədə 36% artıb.

4G keyfiyyəti ilə yanaşı, “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.Limitsiz internet paketləri,müştərilərə həm internet, həm danışıq dəqiqələrini paket şəklində bir arada almaq imkanı verən tariflər “Nar” 4G istifadəçilərinin sayının artmasına təsir edib.

“Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke4G istifadəçilərinin sayının yarım milyona çatmasını böyük uğur adlandırıb: “Faəliyyətə başladığımız vaxtdan bu günə qədər “Nar” olaraq, öz abunəçilərimizə yüksək xidmət göstərməyi və müştəri məmnuniyyətini daim diqqətdə saxlayırıq. Peşəkar komandamızın səyi və abunəçilərimizə göstərdiyimiz yüksək xidmət nəticəsində son 10 ayda 4G istifadəçilərinin sayı Bakı üzrə 2, regionlar üzrə isə 3 dəfə artıb. “Nar” olaraq, uğurlarımız bundan sonra da davam edəcək”.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir.

Dosye.org

COMMENTS