Top.Mail.Ru

“Nar mobile” 6 ayın nəticələrini açıqladı – FOTOLAR

“Nar mobile” 6 ayın nəticələrini açıqladı – FOTOLAR

“Nar mobile”nin aktiv abunəçi bazası 13 faiz artıb

Bu gün “Nar mobile” şirkəti ilin birinci yarısının nəticələrinə həsr olunan konfrans təşkil edib.

Musavat.com bildirir ki, konfransda 2019-cu ilin 6 ayı ərzində əldə etdiyi nailiyyətləri barədə mətbuat üçün müəyyən açıqlamalar verilib. Tədbirdə qeyd olunub ki, “Nar”ın ötən illərlə müqayisədə aktiv abunəçi bazası 13% artıb. Hazırda mobil operatorun istifadəçilərinin sayı 2,3 milyona yaxınlaşıb.

Ötən yarım ilin nəticələrinə əsasən, “Nar” mobil şəbəkəsini daha da genişləndirməyə nail olub. Mobil operator 6 ay ərzində 490 yeni baza stansiyası quraşdırıb. Hazırda “Nar”-ın 4G baza stansiyalarının sayı 2140-ı, 3G baza stansiyalarının sayı isə 2700-ü ötüb. Bununla da “Nar” ölkədə ən geniş 4G şəbəkəsinə malik mobil operator olub.

Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq paytaxtla yanaşı, regionlarda da “Nar” şəbəkəsi daha da gücləndirilib. Ölkə ərazisində yeni baza stansiyalarının sürətlə quraşdırılması sayəsində 4G istifadəçilərinin sayı 96% artıb. “Nar” abunəçiləri arasında smartfon iştifadəçilərinin sayı isə 17% çoxalıb.

Ümumilikdə, mobil operatorun abunəçiləri arasında smartfon iştifadəçilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə regionlar üzrə 15%, Bakı üzrə isə 18% artıb.

“Azerfon” un icraçı direktoru Qunnar Panke də çıxış edərək bildirib ki, son 6 ay ərzində “Nar mobile” yüksək nəticələr əldə edib. Artıq 53 rayonda “Nar mobile” müştərilərə xidmət göstərir.

Qunnar Panke mətbuat nümayəndələrinin suallarını da cavablandırıb. “Nar” rəsmisi 2019-cu ilin 6 ayı ərzində mobil operator ikiqat internetdən istifadə, həmçinin “Cavan Nar” tarifini, eyni zamanda xaricə səyahət etmək istəyən abunəçiləri üçün sərfəli rominq paketləri təqdim edib.

“Nar”ın kommersiya üzrə rəhbəri Qəhrəman Kazımov qeyd edib ki, “Nar mobile”dan istifadə edən hər 3 müştərindən 1-i 4 G şəbəkəsindən istifadə edir: “Mənə elə gəlir ki, bu, yüksək bir göstəricidir”.

O, bildirib ki, satış şəbəkəsini əsasən rayonlarda həyata keçirəcəklər: “Elə bölgələr var ki, orda ümümiyyətlə “Nar”ın dükanları fəaliyyət göstərmir. Əsas məqsədimiz odur ki, həmin bölgələrdə də “Nar”ın dükanlarını açaq ki, müştərilər daha çox yararlansın”.

Həmçinin qeyd olunub ki, “Nar” abunəçilərinə Çağrı Mərkəzləri, nar.az internet səhifəsi ilə yanaşı, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, son 6 ay ərzində mobil operatorun sosial şəbəkələri vasitəsilə abunəçilər tərəfindən 115 mindən çox müraciət daxil olub. Sosial şəbəkələr vasitəsilə daxil olmuş müraciətlərin 94,7%-i bir dəqiqə ərzində cavablandırılıb.

2019-cu ilin 6 ayı ərzində mobil operator ikiqat internetdən istifadə və daha çox ünsiyyət qurma imkanı verən “CavanNar” tarifini, eləcə də xaricə səyahət etmək istəyən abunəçiləri üçün sərfəli rominq paketləri təqdim edib. “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.

DOSYE.ORG

COMMENTS