Narkotik satan həbs edildi

Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşlarını küllü miqdarda narkotik maddəni dövriyyədən çıxarıblar.

 

APA TV-nin məlumatına görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini 51 yaşlı Məmmədiyə Xəlilov Nəriman Nərimanov prospekti, 36 ünvanında tutulub. Onun əlindəki torbaya baxış keçirilən zaman çəkisi 2 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Məmmədiyə Xəlilov ifadəsi zamanı Bakıya işləmək üçün gəldiyini və narkotik maddələri öz istifadəsi üçün gətirdiyini bildirib. Polis tərəfindən saxlanılan şəxsin narkotik maddəni sataraq gəlir əldə etmək məqsədi ilə Bakıya gətirdiyi istisna edilmir. 26-cı polis bölməsində toplanan materiallar isə artıq araşdırılmaq üçün Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

COMMENTS