Masallı rayonunun Banbaşı kənd sakini ölmüş vəziyyətdə xəstəxanaya gətirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 11-də Masallı rayonunun Banbaşı kənd sakini İlkin Məmiyev ölmüş vəziyyətdə xəstəxanaya gətirilib. İlkin məlumatlara əsasən, İ.Məmiyevin artıq miqdarda narkotik vasitə qəbul etdiyindən ölməsi ehtimal olunur.
Faktla bağlı araşdırmalar aparılır.
COMMENTS