Natalya Koçanova: Parlamentlər arasında əməkdaşlıq olduqca vacibdir

Natalya Koçanova: Parlamentlər arasında əməkdaşlıq olduqca vacibdir

“Dünyada yeni çağırışların olduğu bir vaxtda parlamentlər arasındakı əməkdaşlıq olduqca vacibdir”.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova deyib.

Sədr bildirib ki, parlamentarilərin əsas vəzifəsi xalqlarının problemlərini dilə gətirməkdir:

“Deputatlar xalqın seçdiyi nümayəndələrdir. Onları narahat edən fikirləri səsləndirməli, sülh və əmin-amanlıq üçün əlimizdən gələni etməliyik. Mən Milli Məclisin sədri Sahibə Qafarovaya səmərəli əməkdaşlığa görə təşəkkür edirəm. Bu gün biz burada qardaşlarımızla birlikdəyik. Hər şeyi edirik ki, əlaqələrimiz daha da möhkəmlənsin”.

COMMENTS