NATO-dan Rusiyaya sərt XƏBƏRDARLIQ

NATO-dan Rusiyaya sərt XƏBƏRDARLIQ

NATO-nun baş katibi Jens Stoltenberq Rusiyaya xəbərdarlıq edib.

Dosye.org  xəbər verir ki, baş katibə görə, Rusiya saxladığı Ukrayna gəmilərini və hərbçilərini dərhal sərbəst buraxmalıdır: “Rusiya hərəkətlərinin qarşılığının olacağını anlamalıdır. NATO-nun bütün üzvləri Ukraynaya tam dəstək verir”.

Qeyd edək ki, Rusiya noyabrın 25-də Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər saxlanılıb.

Dosye.org

COMMENTS