NATO-dan Ukrayna ordusuna “təmizlik” tələbi

NATO Ukrayna ordusunun tərkibi ilə bağlı narahatdır.

Avropa.info xəbər verir ki, narahatçılığın əsas səbəbi Ukrayna ordusunun sıralarında millətçi və neonasistlərin olmasıdır. Şimal alyansı tələb edir ki, Ukrayna ordusu öz sıralarını ekstremistlərdən təmizləsin. Bu açıqlama ilə NATO BAŞ Katibliyinin xüsusi nümayəndəsi Ceyms Appaturay çıxış edib. Ceyms Appaturay NATO-nun Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsidir.

“Alyansın bütün üzvləri arzu edir ki, ekstremistlər Ukrayna SQ-nin sıralarından olduqca tez və qısa müddətə təmizlənməlidir”.

Qeyd edək ki, ABŞ könüllü “Azov” batalyonuna təlim keçməkdən imtina etmişdi. Konqres “Azov”u neonasist batalyonu adlandırmışdı.

COMMENTS