Top.Mail.Ru

NATO-nun ən böyük KABUSU: Rusiya dəhşətə gətirir

NATO-nun ən böyük KABUSU: Rusiya dəhşətə gətirir

Rusiyanın dördüncü nəsil Su-27 döyüş təyyarəsi “NATO-nun ən böyük kabusu” statusunu qazanıb.

Bu barədə “National Interest” yazıb.

Rusiya aviasiya sənayesinin mütəxəssisləri tərəfindən hazırlanan döyüş təyyarələri dünyanın bir çox ölkəsinin marağını cəlb edir. Rusiyanın sərhəd bölgələrinə yaxın ərazilərdə digər ölkələr tərəfindən gerçəkləşdirilən kəşfiyyat və patrul uçuşlarının qarşısını almaq məqsədilə yerləşdirilən Su-27-lərin tez-tez havaya qalxması NARO-nu dərindən narahat edir. “National Interest” yazarı Piter Suciu təyyarələrin Rusiyanın havadan müdafiəsində açar ünsürlərdən biri kateqoriyasına daxil olduğunu vurğulayıb.

Suciu Rusiya Hərbi Hava Qüvvələrinin Su-27-ləri Baltik, Barens və Qara dənizin beynəlxalq səmalarında istifadə edərək ölkənin təhlükəsizliyini təmin etdiyini vurğulayıb.

Rusiyanın “Suxoy” şirkətinin emal etdiyi Su-27 təyyarələri dünyanın ən yaxşı döyüş təyyarələrindən biri kimi qəbul edilir. 1977-ci ildə ilk dəfə havaya qalxan təyyarələrin kütləvi istehsalına 1982-ci ildə başlanılıb. 1985-ci ildə ordunun arsenalına daxil edilib.

COMMENTS