NATO-nun baş katibi Anders Foq Rasmussendən açıqlamalar

NATO-nun baş katibi Anders Foq Rasmussen qurumun Uels sammitindəki çıxışında Rusiya ilə əməkdaşlığın dayanadırıldığını bildirib.

 

Bu barədə Aktual.az-a Uelsin paytaxtı Kardrifdə baş tutan sammitdə iştirak edən NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Anders Foq Rasmussen çıxışnda bildirib ki, Baltikyanı ölkələrdə yeni çevik ve hərbi qarşudurmalara tez müdaxilə edə bilən bazalar yerləşdiriləcək: “Rasmussen onu da dedi ki, NATO-ya yaxın olmaq üçün Gürcüstan üçün xüsusi proqram hazırlanacaq”.

Fərrux Məmmədov bildirib ki, Rasmussen həmçinin, hərbi alyansın separatçılarla mübarizədə Ukraynaya dəstək verəcəyini də deyib.

COMMENTS