Horveç hökumətinin sabiq başçısı, NATO-nun yeni baş katibi, oktyabrın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq Yens Soltenberq, rəsmi olaraq, bildirib ki, yaxın vaxtlarda Alyansla Rusiya arasında münasibətlər istiləşməyəcək.
Amma o. Alyansla Rusiya arasında səmərəli dialoq aparmaq üçün nə etmək lazım olduğunu bilir.
Dosye.org xarici mediaya istinadən xəbərinə görə, Soltenberq bütün dövlət başçılarına Rusiyaya qarşı mövqelərində güc və qətiyyət nümayiş etdirməyi məsləhət görüb: “Güc və qətiyyət Rusiya ilə dialoqun başlıca şərtləridir. Hərbi güc və dövlətin təhlükəsizliyinə inam NATO üzvlüyünə zəmanət verməklə yanaşı, həm də siyasi dialoq aparmaq üçün zəruri göstəricilərdir”.
Bütün bunlarla yanaşı, Soltenberq bildirib ki, yaxın gələcəkdə Şimali Atlantika Alyansı(NATO) Rusiya ilə tərəfdaş münasibətlərini təmkinlə davam etdirəcək.
COMMENTS