NATO-ya üzv olmağımız Türkiyədən asılıdır – Finlandiya

NATO-ya üzv olmağımız Türkiyədən asılıdır – Finlandiya

“Finlandiya prezidenti Sauli Niinistö İsveçlə eyni vaxtda NATO-ya daxil olmaq istədiklərini və bunun Türkiyənin əlində olduğunu bildirib”.

DOSYE.ORG Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, Finlandiya prezidenti Niinistö İsveçin Harpsund şəhərində İsveçin baş naziri Ulf Kristersson və Norveçin baş naziri Gahr Store ilə görüşüb.

Liderlər görüşdən sonra mətbuat konfransı keçiriblər.

Sauli Niinistö konfrans zamanı bildirib ki,  Finlandiyanın NATO-ya üzvlük prosesi İsveçlə birlikdə davam edir:

“Biz İsveçlə əl-ələ verib NATO-ya daxil olmaq istəyirik. Amma bununla bağlı heç nə edə bilmərik, təsdiq Türkiyənin əlindədir, Türkiyənin hazırda nə düşündüyünü bilmirəm”.

İsveç baş naziri Kristersson NATO-nun Türkiyə ilə danışıqlarının davam etdiyini bildirərək qeyd edib ki, Skandinaviya bölgəsinin öz şərtləri var. Aralarındakı əməkdaşlıq NATO-ya dərinlik qatacaq. İsveç və Finlandiya NATO-ya üzv olduqda, bölgə NATO-nun ən şimal hissəsi olacaq. NATO-ya üzvlük üçün Türkiyə ilə danışıqlar davam edir.

Norveçin baş naziri Qahr Store Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəklədiyini və bu ölkələrin NATO-ya güc qatacaqlarını qeyd edib.

COMMENTS