Naxçıvanda MTN-dən qaçdı, indi Norveçdə işsiz qalıb…

Bir müddət əvvəl Azərbaycandan mühacirət edən tanınmış insan haqları müdafiəçiləri, Naxçıvanda fəaliyyət göstərmiş Məlahət Nəsibova və əri İlqar Nəsibov Norveçdə işsiz qalıblar.

Virtualaz.org Norveç KİV-lərinə istinadən xəbər verir ki, o vaxt Azərbaycandan qaçmağa məcbur olanda bir sıra xarici səfirliklər və beynəlxalq təşkilatlar mühacirət etmək üçün onlara bir neçə ölkə təklif etdilər. Ər-arvad Norveçin Dremmen şəhərini seçiblər və hazırda üç uşaqları ilə birlikdə orada yaşayırlar. Keçmiş naxçıvanlı hüquq müdafiəçisi Norveç universitetlərindən birinin kollecində akademik təcrübə keçib, amma üç ildir ki, iş tapa bilmir.

Dosye.org

COMMENTS