Nazənin Təranə Qumralı məhkəməyə verdi

“Onun haqqında heç nə danışmaq istəmirəm. İnşallah, öz sözümüzü məhkəmədə deyəcəyik”

 

Bu sözləri müğənni Nazənin “Yeni Müsavat”a deyib. Onun sözlərinə görə, qarşı tərəfin onun haqqında mətbuatda və TV efirlərində şəxsiyyətini, mənəviyyatını açaldan hərəkətlərə yol verdiyi üçün bu cür addim atmağa məcbur olub.

“Məhkəmənin iclası dekabrın 1-nə təyin edilib. Təranənin etdiklərinə başqa cür deyil, yalnız məhkəmə yolu ilə cavab verəcəm. Başqa heç nə deyə bilmərəm. Vəkilim bu barədə məhkəmə olanadək susmağımı məsləhət görüb və hər hansı bir açıqlama verməyimə qarşıdır”.
Müğənni məhkəmənin Nərimanov rayonunda hakim Kəmalə Əmirxanovun icraatına verildiyini təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl iki müğənni arasında böyük qalmaqal yaşanmışdı. ANS TV-nin canlı efirində Təranə Qumral əri Musa Musayevlə olan ailə davasında Nazənini günahlandıraraq həmkarını tənqid və təhqir etmişdi. Bunun qarşılığında Nazənin telefon əlaqəsi yaradaraq Təranə Qumralı məhkəmə ilə hədələmişdi.

COMMENTS