Nazarbayev Təhlükəsizlik Şurasının ömürlük sədri seçildi

Qazaxıstan parlamentinin senatı Təhlükəsizlik Şurası (TŞ) ilə bağlı qanun layihəsini təsdiqləyib

Layihə hazırkı prezident Nursultan Nazarbayevin ömürlük TŞ-nın sədri seçilməsini nəzərdə tutur.

RİA Novosti-nin xatırlatmasına görə, fevralda ədliyyə naziri Marat Beketayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, qanun layihəsi ölkədə keçirilən konstitusiya islahatlarından irəli gəlir və təhlükəsizliyin gücləndirilməsi üçün əsas faktordur.

“Müəyyənləşdirilir ki, Qazaxıstan Respublikasının birinci prezidenti Təhlükəsizlik Şurasının ömürlük sədri olmaq gücündədir”, – Qazaxıstan parlamentindən bildirilib.

Qanun layihəsi imzalanması üçün Qazaxıstan prezidentinə göndərilib.

Dosye.org

COMMENTS