Nazarov qol vurdu, komandası qələbə qazandı

Nazarov qol vurdu, komandası qələbə qazandı

Almaniya II Bundesliqasında 12-ci turun oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” bu tur öz meydanında “Kayzerslautern”lə qarşılaşıb.

Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların dueli maraqla gözlənilirdi. Bu görüşdə 2:0 hesabı ilə qalib gələn “Karlsrue” rəqibi ilə xalların sayını bərabərləşdirib.

Start heyətində meydana çıxan Nazarov matçın ilk hissəsinə əlavə edilmiş 1-ci dəqiqədə penaltidən fərqlənib. Millimizin futbolçusu görüşə əlavə edilmiş 2-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Karlsrue” klubu 12 turdan sonra 15 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

24 oktyabr

Almaniya II Bundesliqası, 12-ci tur

“Karlsrue” – “Kayzerslautern” – 2:0

Qollar: Nazarov, 45+1-pen (1:0), Promel, 48 (2:0)

COMMENTS