Nazarovun komandasına qalib gələn klub Bundesliqada

Nazarovun komandasına qalib gələn klub Bundesliqada

“Frayburq”un ardından Almaniya Bundesliqasına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

Qol.az-ın məlumatına görə, “Leyptsiq” klubu növbəti mövsümdən Bundesliqada oynamaq hüququ qazanıb.

Komanda buna millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” üzərində qazanılan qələbə sayəsində nail olub. Evdə rəqibinə 2:0 hesabı ilə qalib gələn “Leyptsiq” sona bir tur qalmış Bundesliqaya vəsiqəni təmin edib.

Qeyd edək ki, II Bundesliqanı 3-cü pillədə başa vuracaq “Nürnberq” isə Bundesliqaya vəsiqə qazanmaq üçün pley-off oyunlarında rəqibini məğlub etməlidir.

COMMENTS