Nazim Veysov nazirin hədəfinə tuş gəlib

Nazim Veysov nazirin hədəfinə tuş gəlib

nazim.jpg

Nazim Veysovun Fazil Məmmədovun istəyilə işdən çıxarıldığı bildirilir

 

Şəmkirin icra başçısı Nazim Veysovun işdən çıxarılması barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Qeyd edək ki, bir neçə gün əvvəl ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə Nazim Veysov tutduğu vəzifədən azad olunub. Onun yerinə Alimpaşa Məmmədov təyin edilib.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilirdi ki,

Nazim Veysovun işdən çıxarılması onun vergilər naziri Fazil Məmmədovun qəzəbinə gəlməsilə bağlıdır. Şəmkir rayonu vergilər nazirinin kurasiyasındadır. Nazim Veysov da Fazil Məmmədovun kadrı idi. Yeni icra başçısı Alimpaşa Məmmədov da vergilər nazirinə yaxın şəxsdir. O, vergi sistemdə işləyib.

Bildirilir ki, Nazim Veysov hansı maliyyə əməliyyatlarında qaydaları pozub. Keçmiş icra başçısının bu addımı Fazil Məmmədovu hiddətləndirib və onun işdən çıxarılması gündəmə gəlib. Bəzi iddialara görə isə Nazim Veysov barəsində cinayət işi də başlanıb.

COMMENTS