“Ölkədə fəaliyyət göstərən 4400 orta məktəbi eyni anda yoxlamaq və nəzarət etmək qeyri-mümkündür. Amma biz müəyyən alqoritm əsasında bu yoxlamaları həyata keçiririk”.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı bildirib.
O qeyd edib ki, məktəblərdə davamlı yoxlamalar aparılacaq: “Məqsəd məktəblərə nizam-intizamın qaytarılmasıdır. Yoxlamalar iki istiqamətdə aparılır. Birinci istiqamət daha çox məktəblərə kömək məqsədi daşıyır. Əsas odur ki, məktəblərdə sənədlər və inzibati qaydalara uyğunluq yerində olsun. İkinci istiqamət isə nazirliyin daxili nəzarət şöbəsi tərəfindən həyata keçirilir. Bu, daha çox qəbuledilməz olan ciddi qanun pozuntularını əhatə edən yoxlamalardır. Çalışırıq ki, Elm və Təhsil Nazirliyinin regional idarələri də bu prosesdə yaxından iştirak etsinlər”.
COMMENTS