Nazir müavini işdən azad olundu

İqtisadi inkişaf nazirinin müavini Sergey Belyakov ictimai şəkildə fikir bildirdiyinə görə vəzifəsindən azad edilib. Bugun.az anspress.com-a istinadən bildirir ki, Müvafiq qərar dünən – 6 avqustda hökumətin saytında yer alıb.

 

“Belyakov S.Y-nın tutduğu vəzifədən azad edilməsi ondan tələb olunan “Rusiya Federasiyasının dövlət xidmətindəki vətəndaşlarla bağlı” qanunun 1-ci maddəsinin 10-cu hissəsini pozması ilə bağlıdır. Bu maddəyə görə dövlət qulluqçusuna dövlət orqanları və öz rəhbərləri ilə haqqında dəyərləndirici müzakirə və ictimai şəkildə fikir səsləndirmək qadağandır.” – deyə sənədin mətnində bildirilir.
Belyakov 6 avqustda öz Facebook səhifəsində pensiya yığımında moratoriumum (ödəmə müddətinin uzadılması) uzadılmasından təəssüf hissi keçirdiyini yazmışdı. O, bunun Rusiya iqtisadiyyatına mənfi təsir edəcəyini bildirmişdi.

COMMENTS