Nazir Natiq Əmirovun qardaşına yüksək vəzifə verdi

Nazir Natiq Əmirovun qardaşına yüksək vəzifə verdi

Polis polkovniki Cəmil Əmirov Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilib.

DOSYE.ORG Report-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, C.Əmirov daha əvvəl Yasamal RPİ-nin rəisi vəzifəsində çalışıb.

Əlavə edək ki, C. Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun qardaşıdır.

COMMENTS