Nazir pensiya yaşını açıqladı: Staj amnistiyası tətbiq edilir

Nazir pensiya yaşını açıqladı: Staj amnistiyası tətbiq edilir

Gələn il pensiya yaşı kişilər üçün 64, xanımlar üçün 61 nəzərdə tutulub.

Dosye.org xəbər verir ki, bu sözləri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, Azərbaycan dövləti tərəfindən 2019-2020-ci illərdə pensiyaya çıxan şəxslər üçün 25 il olaraq “staj amnistiyası” hesab olunacaq:

“2006-cı ilə qədər olan staj müddəti “staj amnistiyası”na düşəcək. Yəni həmin il insanın stajı 15 il və ya 22 il belə olsa, dövlət tərəfindən 25 il staj təqdim ediləcək və 2021-ci ildən etibarən isə bu staj aministiyası 1 il-1 il azalmağa başlayacaq. Ancaq bu qərar staj illəri 25-dən çox olan şəxslərə təsir etməyəcək. Belə ki, həmin insanlar fərdi qaydada müraciət edib, stajlarını təsdiq etdirə bilərlər”.

Nazir vurğulayıb ki, hesablamalarımıza görə, pensiya yaşına çatanların çoxunda bu staj yoxdur:

“Əlimizdə fərdi uçot rəqəmləri var, bunun əsasında 2006-cı ildən sonrakı dövrü hesablayacağıq. Hazırda fərdi uçot məlumatı olan 3 milyon 600 mindən çox insan var. Pensiya təyinatının tam şəkildə elektronlaşdırılması üçün böyük elektron sistemlər yaradılır, təmizlənir, dəqiqləşdirilir. Artıq dekabrın 15-dən etibarən test rejimində sınaqlar keçiriləcək. Yanvarın 1-dən isə real rejimdə pensiya təyinatlarına başlanılacaq”.

Dosye.org

COMMENTS