Top.Mail.Ru

Nazir rəis müavinini işdən çıxardı – Təyinat

Nazir rəis müavinini işdən çıxardı – Təyinat

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Dosye.org Oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Gəncə xətt şöbəsinin əməliyyat üzrə rəis müavini, polis mayoru İsa Çıraqov vəzifəsindən azad olunub.

O, Zaqatala Rayon Polis Şöbəsinin istintaq bölməsinə müstəntiq təyin edilib.

Nazirin digər əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 10-cu tağımının komandiri, polis mayoru Vüqar Kərimli tutduğu vəzifədən azad edilib.

COMMENTS