Nazir rüşvət ittihamına görə vəzifəsindən istefa verdi

Rumıniyada rüşvət almaqda ittiham edilən maliyyə naziri Darius Valkov vəzifəsindən istefa verib.

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, Darius Valkovun Slatina bələdiyyə sədri olduğu zamanlarda 2 milyon avro rüşvət aldığı bildirilir.

Ötən cümə günü ona qarşı irəli sürülən ittihamdan sonra isə Darius Valkov maliyyə naziri vəzifəsindən istefa verdiyini açıqlayıb. O, istefa ərizəsini Rumıniya prezidenti Klaus Lohannisə təqdim edib.

COMMENTS