Nazirlər Kabinetində yüksək vəzifəyə təyinat

Nazirlər Kabinetində yüksək vəzifəyə təyinat

Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədov Nazirlər Kabineti Aparatında iki yüksək vəzifəyə təyinat edib.

Dosye.org-un əldə etdiyi məlumata görə, Qasım Abdullayev Nazirlər Kabineti Aparatının Kommunikasiya tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri təyin olunub.

Buna qədər Q.Abdullayev həmin şöbənin müdir müavini vəzifəsində işləyib. Novruz Məmmədovun digər sərəncamı ilə Ənvər Məmmədov Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin Xidmət və Təchizat Sektorunun müdiri vəzifəsindən azad edilərək, həmin idarənin Nəqliyyat Xidməti Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Dosye.org

COMMENTS